Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı səylərini dəstəkləyirik

Türkiyə ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini danışıqlar yolu ilə bitirməsi istiqamətindəki səylərini dəstəkləyir.
TNS "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ədalətli sülh üçün bütün tərəflərin maraqları təmin olunmalıdır:
"İstanbuldakı görüş istisna olmaqla, indiyədək baş tutan bütün müzakirələrdə Rusiya təcrid edilib. Beləliklə, nəticə əldə olunmayıb. Həm Rusiya, həm də Ukrayna müzakirələrə dəvət edilməlidir. Bununla bağlı mövqeyimizi Ukrayna Prezidenti Volodimir Zelenskiyə, eləcə də Rusiya xarici işlər naziri Sergey Lavrova çatdırdıq".
R.T.Ərdoğan söyləyib ki, artıq müharibəyə son qoyulmalıdır.