Ərdoğan yenidən başqan seçildi

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) bu gün Ankarada keçirilən 8-ci növbədənkənar qurultayında ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən başqan seçilib.
TNS xəbər verir ki, bu barədə partiyanın “X” hesabında paylaşım edilib.
Bununla partiyanın idarə heyəti də yenilənib.
AKP-nin 8-ci növbədənkənar qurultayı Ankara İdman Salonunda keçirilib.
Ərdoğan salonun girişinə gələrək havanın -11 dərəcə soyuq olmasına baxmayaraq toplaşan 60 min insan qarşısında çıxış edib. Daha sonra o, salondakı coşğu ilə birgə yeni idarə heyətini açıqlayıb.
Bildirib ki, İdarə Heyətində 40 faiz kadr dəyişiklikləri olub. İdarəetməyə isə yeni adlar qatılıb.
Bu siyahıda Mövlud Çavuşoğlu və məşhur türk futbolçu Məsud Özilin də adı var.