Close

Tanınmış müğənni ölümlə təhdid edildi - FOTO

Türkiyəli məşhur müğənni Özcan Dəniz qardaşı Ərcan Dəniz tərəfindən özünün və ailəsinin ölümlə təhdid edildiyini bildirərək məhkəmədən qorunma tələb edib.

TNS “Habertürk”ə istinadən xəbər verir ki, sənətçi bununla bağlı İstanbul Ailə Məhkəməsinə müraciət edib.

Məhkəmə Ə.Dənizin Özcan Dəniz və həyat yoldaşı Samar Dadqar Dənizə 3 ay boyunca yaxınlaşmaması barədə məhdudiyyət tətbiq edib.

Qeyd edək ki, bundan öncə sənətçinin ailədaxili problemlər yaşadığı və infarkt keçirməsi ilə bağlı məlumatlar yayılmışdı.

ozcan-deniz-yeni