Sərnişin avtobusu aşdı: 40-a yaxın xəsarət alan var
394
19:01 - 21 Fevral 2025

Türkiyənin Ərzurum vilayətində sərnişin avtobusu aşıb.
TNS "Haber Global"a istinadən xəbər verir ki, hadisə Horasan rayonunda qeydə alınıb.
Qəza nəticəsində 37 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.