Close

21:20
20 Fevral 2025

Türkiyə ilə Ukrayna təhsil və kommunikasiya sahələrində sazişlər imzaladı

Türkiyə ilə Ukrayna təhsil və kommunikasiya sahələrində əməkdaşlığı genişləndirir.

TNS xəbər verir ki, sənədlər Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında baş tutan görüşdən sonra iki ölkə arasında sazişlər imzalanıb.

Bunlar "Türkiyə hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında təhsil sahəsində əməkdaşlıq sazişi", eləcə də, "Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi ilə Ukrayna Mədəniyyət və Strateji Kommunikasiya Nazirliyi arasında media və kommunikasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"dur.