Tanınmış jurnalist evdə ölü tapıldı - FOTO
290
21:50 - 16 Fevral 2025
Türkiyənin “Antakya” qəzetinin sahibi Sinan Seyfittinoğlu Antalyada dostu ilə qaldığı evdə ölü tapılıb.
TNS Teleqraf-a istinadən xəbər verir ki, 53 yaşlı jurnalist hadisədən öncə dostları ilə spirtli içki qəbul edib.
Jurnalistlə bir evdə qalan Öndər K. dostunun öldüyünü səhər saatlarında onu oyatmaq istəyən zaman bilib.
Meyitin üzərində güllə, deşici-kəsici alət xəsarətləri, hücum, ya zorakılıq əlamətlərinin olmadığı müəyyən edilib.
Hadisə ilə bağlı araşdırma gedir.
