Ersin Tatar Pakistanın Baş nazirinə təşəkkür etdi
![](/upload/files/up3/Xeberler/2025/2/14/WhatsApp_Image_2025-02-14_at_02-48-22.jpg)
Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Pakistanın Baş naziri Şahbaz Şərifə təşəkkür məktubu göndərib.
TNS xəbər verir ki, Ersin Tatar Pakistanın Baş nazirinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə KKTC-ni dəstəkləyən sözlərə görə təşəkkür edib.
“Dost və qardaş Pakistana minnətdarlığımı bildirirəm. Baş nazir Şahbaz Şərifin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşündən sonra keçirdikləri birgə mətbuat konfransında verdiyi “Pakistan Şimali Kiprin mübarizəsinə tam dəstək verir və bu mübarizədə tərəddüdsüz şəkildə Türkiyənin yanındadır”, - açıqlaması Kipr türk xalqının haqlı mübarizəsinə güc qatıb. İnanıram ki, dövlətimiz Ana Vətən Türkiyədən aldığı sarsılmaz güclə, dost və qardaş ölkələrin göstərdiyi həmrəyliklə, başladığı bu şərəfli yolda layiq olduğu yeri ən qısa zamanda tutacaq”, - deyə məktubda qeyd edilir.