Ərdoğan Pakistanın Baş nazirinə "Togg" hədiyyə etdi - VİDEO
![](/upload/files/up3/Xeberler/2025/2/13/936d6e05-b94e-3087-8ea0-51f76e5526ba_850.jpg)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifə Türkiyənin yerli istehsalı olan "Togg" avtomobili hədiyyə edib.
TNS xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat yayıb.
Qeyd edək ki, R.T.Ərdoğan Pakistanda rəsmi səfərdədir.
Xatırladaq ki, “Togg” elektrikli avtomobillərinin silsilə istehsalına 2022-ci ilin oktyabrın 29-da başlanılıb. İstehsalçı 2030-cu ilədək 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub.
Cumhurbaşkanı Erdoğan, Pakistan Başbakanı Şahbaz Şerif'e "Türkiye'nin yerli elektrikli otomobili Togg"u hediye etti https://t.co/I2qOdoa2PC
— AA Canlı (@AACanli) February 13, 2025