Türkiyənin daxili işlər naziri terrorçulara xəbərdarlıq etdi
12
23:20 - 10 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/10/ecc6553a-c2bd-3b56-8222-63dc39337829_850.jpg)
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya terrorçulara xəbərdarlıq edib.
TNS “CNN Türk”ə istinadən xəbər verir ki, o, bu barədə ölkənin Şırnak vilayətində çıxışı zamanı deyib.
Nazir Türkiyənin terrorla mübarizədə ciddi yol qət etdiyini nəzərə çatdırıb:
“Ölkəmizə qarşı terror təhdidi tamamilə aradan qalxa, sonuncu terrorçu öldürülənə qədər mübarizəmiz davam edəcək”.