Close

17:41
11 Fevral 2025

Məhkəmə məşhur müğənnini cəzalandırdı - FOTO

Türkiyədə məhkəmə müğənni Murat Bozu cərimə edib.

TNS "Hürriyet" qəzetinə istinadla xəbər verir ki, "Stardium Müzik" prodüserlik şirkəti məhkəmədə ifaçıya qarşı qaldırdığı iddianı qazanıb.

Şirkət M.Bozu aralarındakı razılaşmanı pozmaqda ittiham etmişdi. "Stardium Müzik"in iddiasında deyilirdi ki, ifaçı başqa prodüserlik şirkətləri ilə danışıqlar aparıb, həmçinin şirkətin sirlərini ifşa edib və kommersiya nüfuzunu zədələyib.

İstanbulun Əqli və Sənaye Mülkiyyət Hüququ üzrə Mülki Məhkəməsi iddianı təmin edərək müğənninin şirkətə 83 min 759 türk lirəsi (təqribən 3 917 manat) ödəməli olduğuna dair hökm çıxarıb.

Ekran_skli_2025-02-10_172935