Close

23:43
08 Fevral 2025

Atatürkün bu ölkədəki tək büstü oğurlandı

Türkiyə Cümhuriyyətinin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün Fransadakı yeganə büstü Parisətrafı məhəllələrin birində naməlum şəxslər tərəfindən oğurlanıb.

TNS “CNN Türk” telekanalına istinadla xəbər verir ki, Trabzon Mühacirlər Cəmiyyətinin təşəbbüsü ilə cəmi 3,5 ay əvvəl qoyulmuş büst Epinay-sur-Seine kommunasında naməlum şəxslər tərəfindən oğurlanıb.

Cəmiyyətin rəhbəri Bülənt Cumhur bildirib ki, müşahidə kameraları cinayət əməlinin yeddi iştirakçısını qeydə alıb.

B.Cumur oğurlanmış büstün yerinə tezliklə yenisinin qoyulacağına söz verib.

Bu arada, Türkiyənin Mersin şəhərinin Yenişehir rayon bələdiyyəsinin başçısı Abdulla Özyiğit yeni büstün Fransaya göndərilməsi üçün göstəriş verildiyini açıqlayıb.