Sərnişin avtobusu aşdı, xəsarət alanlar var
665
21:00 - 08 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/8/126b12a0-1047-354e-8c57-a01953a822b2_850.jpg)
Türkiyənin Malatya şəhərində sərnişin avtobusu aşıb.
TNS “Haber Global”a istinadən xəbər verir ki, hadisə Doğanşehir rayonunda qeydə alınıb.
Qəza nəticəsində səkkiz nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.
Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.