Close

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq olunacaq

Bu il Türkiyədə 16 yaşından kiçik uşaq və yeniyetmələr üçün sosial mediadan istifadənin məhdudlaşdırılması ilə bağlı qayadalar tətbiq olunacaq.

TNS xəbər verir ki, bunu ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlayıb.

O bildirib ki, gəncləri qorumaq lazımdır: “Gənclərimizi qorumalıyıq. İstəyirik ki, 16 yaşından kiçik uşaqlarımız sosial şəbəkələrdə lazımsız vaxt keçirməsinlər. Biz bununla bağlı işləri il ərzində təşkil edəcəyik”.