Close

21:30
07 Fevral 2025

Polisə hücum oldu - Yaralananlar var

Türkiyənin İstanbul şəhərində polis əməkdaşlarına hücum olub.

TNS “Haber Global”a istinadən xəbər verir ki, hadisə Bağcılar rayonunda qeydə alınıb.

Məlumata görə, naməlum şəxs yol kənarındakı polis avtomobilinə yaxınlaşaraq bir müddət ətrafı müşahidə edib. Sonra isə qapını açaraq bıçaqla biri qadın olmaqla üç polis əməkdaşını yaralayıb. Onlar xəstəxanaya yerləşdirilib, şübhəli şəxs isə saxlanılıb.

Hadisənin səbəbi hələ ki məlum deyil.