Hava şəraitinə görə məktəblər bağlandı
![](/upload/files/up3/Xeberler/2025/2/6/1261883.png)
Türkiyədə bir çox əyalətlərdə təhsil bir günlük dayandırılıb.
TNS Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkənin əksər hissəsində qar və çovğun səbəbindən ölkə daxilində bir çox yollar bağlanıb.
Bu səbəbdən bir çox şəhər və rayonlarda təhsil bir günlük dayandırılıb.
Qar yağışının təsirli olduğu Adana, Gümüşhane, Ordu, Nevşehir, Sivas, Kayseri, Konya, Niğde, Trabzon, Düzce, Giresun, Sinop, Zonguldak, Samsun, Kocaeli, Elazığ, Bolu, Yalova, Sakarya və Hakkarinin bəzi rayonlarında məktəblər bağlanıb.
Meteorologiya Ümumi Müdirliyinin xəbərdarlıqlarının ardından ölkə daxilində qar öz təsirini göstərməkdə davam edir.