Close

20:20
05 Fevral 2025

Sərnişin avtobusu aşdı: ölən və 40-a yaxın yaralanan var

Türkiyədə ağır yol qəzası baş verib.

TNS yerli KİV-lərə istinadən xəbər verir ki, Antalyadan Adıyamana getmək üçün yola çıxan avtobus dərəyə aşıb.

Hadisə nəticəsində sürücü və iki işçi, həmçinin 30 sərnişin yaralanıb.

Xəstəxanalara yerləşdirilən 33 nəfərdən (8-i uşaq) birinin həyatını xilas etmək mümkün olmayıb.