Ərdoğan almaniyalı həmkarı ilə görüşdü
5
21:10 - 05 Fevral 2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinə səfər edən Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüşüb.
TNS xəbər verir ki, Ərdoğan qonağı Prezident Sarayında rəsmi mərasimlə qarşılayıb.
Mətbuata qapalı keçirilən ikitərəfli görüş və nümayəndə heyətləri arasında işçi nahardan sonra prezidentlər birgə mətbuat konfransı keçirəcəklər.