Close

20:20
05 Fevral 2025

Turabi barəsində həbs qərarı çıxdı

Türkiyədə Ankara Prokurorluğu "Survivor" yarışma proqramı ilə tanınan Turabi Çamkıran haqqında "ədəbsizlik" maddəsi ilə istintaqa başlayıb.

TNS bu barədə "TGRT News"a istinadən xəbər verir.

Məlumata görə, prokurorluğun tələbi ilə Ankara 9-cu Cəza Məhkəməsi iş üzrə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, Turabi ABŞ-də yaşayır.