"Haber Global"da Trampın İrana qarşı imzaladığı fərman müzakirə edildi - VİDEO
15
16:40 - 05 Fevral 2025
"Haber Global" televiziya kanalında ABŞ Prezidenti Donald Trampın son günlər həyata keçirdiyi siyasi fəaliyyət, xüsusən ötən gün İrana qarşı maksimum təzyiqin bərpası haqqında imzaladığı fərman müzakirə edilib.
TNS xəbər verir ki, verilişə ekspert qismində qatılan Murat Üzel bildirib ki, D.Tramp Administrasiyasını əsas qayğılandıran məsələ İranın nüvə proqramı ətrafında davam edən prosesdir.
"Təbii ki, imzalanan fərmanın əsas məqsədi İranın nüvə silahı əldə etməyi əngəlləməkdir", - deyə Murat Üzel vurğulayıb.