Ərdoğan və Əhməd əl-Şara arasında görüş başladı - YENİLƏNİB - FOTO
Suriyanın yeni lideri Əhməd əş-Şaraa Türkiyədə səfərdədir.
TNS xəbər verir ki, bu barədə "Haber Global" məlumat verib.
Qeyd olunur ki, suriyalı qonağın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada görüşü başlayıb.
İkitərəfli görüş və heyətlər arasında rəsmi ziyafətdən sonra Ərdoğan və əş-Şaraa birgə mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, bu, 18 ildən sonra Türkiyəyə Suriya liderləri tərəfindən ilk səfərdir. Sonuncu dəfə Suriyanın devrilmiş lideri Bəşər Əsəd 2007-ci ildə Türkiyəyə rəsmi səfər edib. Daha sonra onun dəvəti ilə Türkiyə Prezidenti Abdullah Gül 15 may 2009-cu ildə Suriyaya səfər edib.
18:08
Suriyanın müvəqqəti prezidenti Əhməd Əl Şara Türkiyədə səfərdədir.
TNS xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
17:20
Suriyanın müvəqqəti prezidenti Əhməd Əl Şara Türkiyəyə səfərə yola düşüb.
TNS xəbər verir ki, Ankaraya səfəri Suriya dövlət agentliyi SANA Əl-Şaranın hava limanındakı görüntülərini “Qardaş Türkiyəyə səfər” başlığı ilə paylaşıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın Şaraanı qəbul edəcəyi gözlənilir.