Close

21:40
03 Fevral 2025

Ağır yol qəzası baş verdi: xəsarət alanlar var

Türkiyədə müəllim və tələbələri daşıyan avtobusla minik avtomobili toqquşub.

TNS “Habertürk”ə istinadən xəbər verir ki, hadisə Bursa vilayətinin İnegöl rayonunda qeydə alınıb.

Qəza nəticəsində altısı müəllim olmaq on nəfər yaralanıb.

Onlar xəstəxanaya aparılıblar.

Hadisə ilə bağlı araşdırma başlayıb.