Close

17:30
03 Fevral 2025

Qaçan terrorçular orduya təslim oldular - FOTO

PKK-nın sığınacaqdan qaçan iki terrorçusu İraqın şimalında Türkiyə ordusuna təslim olub.

TNS xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi "X" sosial media hesabında məlumat yayıb.

Terrorçuların Silopidəki Sərhəd Mühafizə Bölməsinə təslim olduqları bildirilir.