Close

21:40
03 Fevral 2025

Türkiyədən yeni rekord

"Türkiyənin yanvar ayı üçün ixracatı 21,2 milyard dollara yüksəlib".

TNS xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat jurnalistlərə açıqlamasında deyib.

O bildirb ki, ötən ilin yanvar ayında bu rəqəm tam olaraq 20 milyard dollar idi:

"Bu, 5,8% artım deməkdir. ABŞ seçkilərindən sonra hakimiyyətə gələn hökumət güclü gömrük rüsumlarından istifadə etməyə başlayıb. Kanada Meksikadan gələn bütün məhsullara 25%, Çindən gələn bütün məhsullara isə 10% əlavə tariflər tətbiq edib. Biz ABŞ-ın bu addımı qarşısında ölkəmizin maraqlarını qorumaq üçün səylərimizi davam etdirəcəyik”.