Close

17:50
02 Fevral 2025

"Azad edilən məhbusları qəbul etməyə hazırıq"

Türkiyə Qəzzada azad edilən fələstinli məhbusları öz ərazisində qəbul etməyə hazırdır.

TNS xəbər verir ki, bunu Dohada Türkiyə xarici işlər naziri Hakan Fidan Qətər hökumətinin başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

"Qəzza zolağında əldə olunan atəşkəs razılaşmasının şərtlərindən biri fələstinli məhbusların azadlığa buraxıldıqdan sonra Fələstin torpaqlarında qalmaması ilə bağlıdır. Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, digər ölkələrlə birlikdə azad edilmiş fələstinliləri qəbul etməyə hazırıq. Sazişin həyata keçirilməsinə digər ölkələr də öz töhfələrini verəcəklər", – o deyib.