Ağır yol qəzası oldu: 7 nəfər... - VİDEO
13
09:30 - 02 Fevral 2025
Türkiyənin paytaxtı Ankaranın Elmadağ rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində yeddi nəfər yaralanıb.
TNS xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
“Qəza Elmadağ rayonunda baş verib <…> Aşaraq yuvarlanan iki avtomobil yararsız hala düşüb, 7 nəfər yaralanıb”, – agentliyin məlumatında qeyd olunub.
Xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalan yaralıları çıxarıb. Hadisə yerində ilk yardımdan sonra yaralılar təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.