Antiterror əməliyyatları keçirildi: 10-dan artıq terrorçu məhv edildi
20
20:00 - 31 Yanvar 2025
Türkiyə Silahlı Qüvvələri Suriya və İraqda yeni əməliyyat keçirib.
TNS xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, İraqın şimalındakı Qara əməliyyat bölgəsində PKK terror təşkilatının altı, Suriyanın şimalındakı "Barış Pınarı" və "Fırat Kalkanı" əməliyyat bölgələrində isə PKK/YPG terror təşkilatının yeddi üzvü öldürülüb.
Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə qətiyyətlə davam etdiriləcək.