Hakan Fidan Lavrovla Suriyadakı vəziyyəti müzakirə etdi
12
19:40 - 31 Yanvar 2025
Türkiyə xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.
TNS xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbənin TASS-a verdiyi məlumata görə, Fidan Lavrovla Suriyadakı vəziyyəti müzakirə edib.
Mənbənin bildirdiyinə görə, hər iki ölkənin Suriyanın siyasi birliyinə dəstəyi vurğulanıb və ölkədə siyasi keçid prosesinin əhatəli olmasının vacibliyi qeyd edilib.