Hakan Fidan Kaspar Veldkamp ilə telefon danışığı apardı
6
22:00 - 30 Yanvar 2025
Türkiyənin xarici işlər naziri Hakan Fidan niderlandlı həmkarı Kaspar Veldkamp ilə Suriyadakı vəziyyət və Qəzzadakı prosesləri müzakirə ediblər.
TNS xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
“Fidan niderlandlı həmkarı Veldkamp ilə telefon danışığı aparıb”, – agentliyə XİN-dəki mənbə bildirib.
Qeyd olunub ki, tərəflər “Suriyadakı vəziyyət və Qəzzadakı proseslərlə yanaşı, ikitərəfli məsələlər və Türkiyə – Avropa İttifaqı (Aİ) münasibətləri” ətrafında fikir mübadiləsi aparıblar.