Türkiyə üç vətəndaşının öldürülməsi ilə bağlı İsraili qınadı
14
23:30 - 29 Yanvar 2025
Türkiyə Xarici İşlər Nazirliyi İsraili qınayıb.
TNS “Haber Global”a istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, Ankara Livandan qeyri-qanuni yollarla İsrailə keçmək istəyərkən hava hücumu nəticəsində Türkiyənin üç vətəndaşının öldürülməsinə görə Təl- Əvivi sərt şəkildə tənqid edib.
Bəyanatda vurğulayıb ki, ən qısa zamanda İsrailin hücumlarına son qoyulmalıdır.
Həmçinin bildirilib ki, öldürülən şəxslərin nəşlərinin Türkiyəyə gətirilməsi üçün müvafiq işlər görülür.