Ştaynmayer Ərdoğanla Suriyanı müzakirə edəcək
14
22:00 - 29 Yanvar 2025
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer fevralın 5-də Türkiyəyə səfər edəcək.
TNS xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.
Bildirilib ki, o, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Ankara şəhərində görüşəcək.
Diplomatik mənbələrin məlumatına görə, liderlər xüsusilə Suriya ilə əməkdaşlıq barədə fikir mübadiləsi aparacaqlar.