Close

“Kaspi” Türkiyənin məşhur alış-veriş saytını aldı

Türkiyənin tanınmış onlayn alış-veriş platformalarından biri olan “Hepsiburada” qazaxlara satılıb.

TNS xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

“Hepsiburada” NASDAQ Fond Birjasına şirkətin yüzdə 65,4 hissəsini təşkil edən A və B Qrupu səhmlərinin Qazaxıstan mərkəzli "Kaspi.kz" saytına transferinin tamamlandığını açıqlayıb.

Ümumi səhm köçürmə dəyəri təqribən 1 milyard 127 milyon ABŞ dolları təşkil edib.

Razılaşmaya əsasən, “Hepsiburada” və “Kaspi.kz” müstəqil brend şəxsiyyətlərini və əməliyyat strukturlarını qoruyaraq fəaliyyətlərini davam etdirəcəklər.

Yanvarın 31 keçiriləcək iclasda yeni İdarə Heyəti müəyyənləşdiriləcək.