Dəhşətli qətliam: ailəsinin 3 üzvünü güllələdi...
540
10:36 - 28 Yanvar 2025
Türkiyənin Konya vilayətində eyni ailənin 4 üzvünün meyiti tapılıb.
TNS AA-ya istinadən xəbər verir ki, şəhərdə bir binada atışma səsi eşidən sakinlər polisə müraciət ediblər. Hadisə yerinə cəlb olunan polis əməkdaşları mənzildə odlu silahla qətlə yetirilmiş 4 nəfəri meyitini aşkarlayıblar. Araşdırmalar nəticəsində ölənlərin Nurettin Tunç, həyat yoldaşı Canfeda Tunç, övladları Hasan Can və Ali Tunç olduğu müəyyənləşib.
Məlum olub ki, 28 yaşlı oğlu Ali ata-anasını və qardaşını öldürəndən sonra eyni silahla özünü vuraraq intihar edib.