Yanğında yaralanan 46 nəfər evə buraxıldı
11
19:40 - 27 Yanvar 2025
Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortundakı hoteldə baş verən yanğın nəticəsində xəsarət alan şəxslərdən 46-sı evə buraxılıb.
TNS xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 4 yaralının müalicəsi davam etdirilir.
Xatırladaq ki, hadisə yanvarın 21-də gecə saatlarında baş verib. Hoteldə ümumilikdə 238 qonaq olub.
Yanğın nəticəsində 79 nəfər ölüb, 50-yə yaxın şəxs xəsarət alıb.