Close

22:40
28 Yanvar 2025
20:00
28 Yanvar 2025

Türk memarlığının şah əsərləri - Taxta məscidlər - FOTO

Türkiyə mədəniyyət və dini abidələri ilə dünyanın ən zəngin memarlıq əsərlərinə sahib ölkədir.

Memarlıq ənənələrinin inkişaf etdiyi Türkiyədə bu gün dövlət və UNESCO tərəfindən qorunan yüzlərlə abidə var. XIII-XIV əsrlərdə xüsusilə Anadolunun orta və qərb bölgələrində tikilmiş bu tikililərdə ağacdan istifadə bizə Orta

Asiya və Xorasan bölgəsindəki türklərin memarlıq üslubunu xatırladır. Binaların içərisində taxta səthlərin əl oyma ornamentlər deyilən ornamentlərlə bəzədildiyi bu məscidlər kənardan sadə görünsə də, rəngarəng interyerə malikdir.

Müəyyən bir bina növünün görkəmli nümunələrini təmsil edən bu taxta məscidlər həm qapıları, minbərləri, sütunları, sütun başlıqları, tavan kirişləri və konsolları, həm də memarlıq avadanlıqlarında məharətlə istifadə edilən ağac oyma və sənətkarlığı baxımından çox əhəmiyyətlidir.

Anadoludakı bir çox nümunə arasında Türkiyənin beş fərqli vilayətində yerləşən beş tarixi taxta məscid, memarlıq və bədii xüsusiyyətləri, qorunma vəziyyəti və bütövlüyünə görə 2023-cü ildə Orta Əsr Dövrü Taxta Hipostil Məscidləri olaraq UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

İslam memarlığının inkişafında mühüm yer tutması, yastı taxta tavanının unikal taxta daşıyıcı sistemlə inşa edilən bu beş məscid Afyonkarahisardakı Ulu Məscidi, Ankaradakı Ahi Şərafəddin Məscidi, Əskişəhərdəki Sivrihisar Ulu

Məscidi, Mahmut bəy məscididir. Kastamonuda və Konyada Eşrefoğlu Məscidində eynilə bu memralıq üslubuna aiddir.

b0bab404-1783-47d2-87ce-d0cf9de2f5da