Close

22:40
28 Yanvar 2025
20:00
28 Yanvar 2025

İmamoğlu barəsində istintaq başladıldı

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu haqqında istintaq başladılıb.

TNS xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Bildirilib ki, buna səbəb onun mətbuat konfransında ekspert Satmış Büyükcanayakınla bağlı çıxışı olub. İstanbul Baş Prokurorluğu İmamoğlu barəsində Türkiyə Cinayət Məcəlləsinin 277 və 288-ci maddələri üzrə istintaq başladıb.

Belə ki, İmamoğlunun ekspertin adını çəkməsinin ədliyyə orqanlarında xidmət edən şəxsə təsir və hədəfə alınma cəhdi olduğu ifadə edilib. Bu səbəbdən onun barəsində müvafiq maddələrlə cinayət işinin açıldığı qeyd olunub.