Hakan Fidan İraq prezidenti və baş nazir ilə görüşüb
8
18:35 - 26 Yanvar 2025
Türkiyənin xarici işlər naziri Hakan Fidan Bağdada səfəri çərçivəsində İraq prezidenti Əbdüllətif Rəşidlə görüşüb.
TNS xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin X sosial media hesabında məlumat verilib.
Bundan başqa, nazir İraqın baş naziri Məhəmməd Şia Sudani ilə də müzakirələr aparıb.