Close

19:41
23 Yanvar 2025

Otel yanğınında ölənlərin sayı açıqlandı

Türkiyənin Bolu vilayətindəki otel yanğınında ölənlərin hamısının kimliyi müəyyənləşib.

TNS xəbər verir ki, hadisə nəticəsində 78 nəfərin öldüyü açıqlanıb. Qeyd olunub ki, hadisə zamanı xəsarət alanlardan 39 nəfər xəstəxanadan buraxılıb. 12 nəfərin müalicəsi isə davam edir.

Ədliyyə naziri Yılmaz Tunç sosial şəbəkədə istintaq prosesi ilə bağlı paylaşım edib. O, istintaqın böyük həssaslıqla, çoxşaxəli və vasvasılıqla aparıldığını bildirib.

Nazir istintaq çərçivəsində 11 nəfərin saxlanıldığını qeyd edib.