Antalyada qədim yaşayış məskənləri
Türkiyə turizm cənnətidir. Hər il milyonlarla turist bu qədim ölkəni ziyarət edir.
Türkiyəyə səfər edən turistlərin ölkənin dörd bir yanında olan bu qədim yaşayış məskənləri haqqında öz təəssüratlarını paylaşırlar. Maraqlıdır ki, Türkiyənin kəşf edilməmiş ərazilərinə belə turistlər axın edir. Qədim yaşayış məntəqələri, antik kəndlərə səfər edən turistlər maraqlı auraya düşdüklərini bildirirlər.
Hələ qədim dövrdə də məşhur səyyahlar öz qeydlərində Türkiyənin gözəlliyini vəsf edirdilər. Məşhur səyyah Frederik Parat isə Türkiyəni gəzdikdən sonra burana axirətdəki cənnət olaraq qeyd edib: “Bu torpaqlarda olmamısınızsa, deməli bu dünyada yaşamamısınız”.
Dünya turizm mərkəzinə çevrilən Türkiyənin ən seviləm ərazilərindən biri sözsüz ki, Antalyadır. Antalyada müasir çimərliklər və otellər yanaşı kəşf edilməyən bir tarix də var.
Olympos antik şəhəri
Nə zaman inşa edildiyi bilinməsə də, eramızdan əvvəl 167-168-ci illərdə zərb edilən Likya İttifaqı sikkələrində adı keçən Olympos, Likya Birliyində üç səs hüququ olan altı şəhərdən biri idi. Şəhərin sağ qalmış xarabalıqlarının çoxu meşədə ağac və kollarla örtülüb. Bu tikililər Ellin, Roma və Bizans dövrlərinə aiddir. Qədim dövrlərdə şəhəri iki yerə bölən çay yatağı kanalla bağlanıb, onun hər iki tərəfi dayaq kimi istifadə edilmiş və körpü ilə bir-birinə bağlanıb. Bu gün də körpünün bir sütunu qalmaqdadır. Çayın mənsəbinə yaxın kiçik və sıldırım akropolda son dövrlərə aid tikili xarabalıqları var.
Patara antik şəhəri
Patara Antik yaşayış məskəni indiki Ovagelamış kəndində, Fethiye ilə Kalkan arasında Xanthos vadisinin cənub-qərb ucunda yerləşir. Likiyanın ən əhəmiyyətli və ən qədim şəhərlərindən biridir. Şəhərin indiki xarabalıqlarına inşası eramızın 100-cü illərinə aid olan möhtəşəm və yaxşı qorunmuş Roma zəfər tağıdır.
Perge antik şəhəri
Perge antik şəhəri tarixdə “Parha” adı ilə tanınıb. Tarixi bilgilərə görə Hetlər dövründə mövcud olduğu güman edilən şəhər, Roma dövründə Anadolunun ən nizamlı şəhərlərindən biri olub. 15 min tamaşaçı tutumuna malik olan teatr çox yaxşı qorunub saxlanılıb.
Phaselis antik şəhəri
Eramızdan əvvəl 7-ci əsrdə Rodoslu kolonistlər tərəfindən inşa edildiyi qeyd edilən Phaselis Antalyanın Kemer rayonunda yaxınlığında yerləşir. Bəzən Likya, bəzən də Pamfiliya bölgəsinin şəhəri kimi göstərilən və üç limanı olan şəhər əslində hər iki bölgənin sərhədləri arasında yerləşirdi.