2 saat əvvəl dediyi sözlər başına bəla oldu- Haqqında istintaq başladıldı
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində istintaq başladılıb.
TNS haberler.com-a istinadən xəbər verir ki, buna səbəb İmamoğlunun 2 saat əvvəl qatıldığı bir paneldə İstanbulun Baş prokuroru Akın Gürleklə bağlı dediyi sözlər olub.
"Sənin ağlın çürüyüb, ancaq uşaqlarını belə xilas etmək üçün səni idarə edən ağlı bu millətin beynindən çıxaracağıq",- bələdiyyə sədri bu ifadələri səsləndirib.
Baş Prokurorluq açıqlamasında İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun Akın Gürlek və ailəsini təhdid etdiyi üçün barəsində istintaq başladıldığını bildirib.
Əkrəm İmamoğlu isə sosial şəbəkə hesabında paylaşım edərək heç kimi təhdid etmədiyini qeyd edib: “Heç kimi ailəsi və ya uşaqları ilə təhdid etmədim, etmərəm də. İstifadə etdiyim hər söz bu ölkədə hər kəsin övladı və gələcəyi üçün qərəzsiz qanun tələbi idi. Sözümün üstündə dururam. Hər zaman, hər kəs üçün ədalət”.