"Türkiyə Suriyada adına yaraşacaq bir siyasət yürüdüb"
Türkiyə Suriyadakı Əsəd rejimi dönəmində adına yaraşacaq bir siyasət yürüdüb.
TNS-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adana şəhərində AK Partiyanın toplantısında çıxışı zamanı deyib.
Ərdoğan ağır zamanlarda Türkiyənin suriyalı qaçqınlara münasibətinə də toxunub: "Biz bu ağır dönəmlərdə nə etdik? Məzluma qucaq açdıq, süfrəmizdə hər zaman mühacirlər üçün yer olduğunu dedik".
O, eyni zamanda Suriyanın azadlıq naminə 1 milyon vətəndaşı qurban verdiyini də əlavə edib:
"İndi isə həmin qucaq açdığımız suriyalı qardaşlarımız başları dik formada azadlığa qovuşmuş ölkələrinə qayıdır. Könüllü olaraq ölkələrinə qayıtmaq istəyənlərə lazımi dəstəyi göstərir və göstərəcəyik, amma heç kəsi buna məcbur etmirik".