Close

21:31
17 Yanvar 2025
21:25
17 Yanvar 2025

Ərdoğan: "Suriyada terrorçular olduğu müddətcə..."

Suriyada terrorçular mövcud olduğu müddətcə Türkiyə özünü tam təhlükəsiz hiss edə bilməyəcək.

TNS Türkiyənin “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Kayseri vilayətində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyənin məqsədi Suriyanın terrorçulardan tamamilə təmizlənməsidir.

Dövlət başçısı bunun dinc, yaxud məcburi yolla ola biləcəyinə də diqqət çəkib: "Suriya xalqı gələcəyini özünün müəyyənləşdirəcəyi yeni hakimiyyətin formalaşması istiqamətində inamla irəliləyir".