Close

“Bu, müharibə hazırlığıdır”

ABŞ Prezidenti Cozef Bayden Kipr adasındakı yunan administrasiyasını müdafiə xidmətləri almağa uyğun olan bir ölkə elan edib.

TNS xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Xarici İşlər Nazirliyi bununla bağlı açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, ABŞ 1987-ci ildə qəbul olunan Kipr yunan tərəfinə silah satışının qadağan olunması ilə bağlı qərarını 2021-ci ildə tamamilə ləğv edib, ləğvetmə qərarının müddətini hər il uzadıb.

“Artıq Cənubi Kipr xaricdən silah, müdafiə sistemləri almaq imkanı qazanıb. ABŞ Prezidentinin bunu "dünyada sülhə töhfə vermək” məqsədilə edildiyini bildirməsi isə diplomatik dillə ifadə  etsək, gülüncdür.

Cənubi Kipr yunan kəsimi son dövrlərdə silahlanma və hərbi fəaliyyətləri zirvəyə çatdıraraq, adada "məzlum" tərəf olduğunu və təhdid altında olduğunu irəli sürməkdədir. Lakin Kipr adasını 1963-1974-cü illər arasında qanlı döyüş meydanına çevirən, məhz yunan tərəfi olub”, - deyə açıqlamada qeyd edilib.

XİN vurğulayıb ki, ABŞ Prezidenti tərəfindən verilən bu qərardan sonra Cənubi Kiprin silahlanma yarışına qoşulması bir növ müharibə hazırlığıdır.