Yaxın vaxtlarda Suriyaya quru əməliyyatı olacaqmı? - VİDEO
"PKK özünü ləğv edib, silahını torpağa basdırmazsa, onu yox etmək sadəcə an məsələsidir". Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan eləmişdi. Bəs Suriyanın şimalına yaxın vaxtlarda əməliyyat keçiriləcəkmi?"
TNS-in verdiyi məlumata görə, bu barədə "Haber Global"ın hazırladığı süjetdə bildirilir.
Reportajda Türkiyənin milli müdafiə naziri Yaşar Güler və ədliyyə naziri Yılmaz Tuncdan münasibət öyrənilib.
Y.Güler Suriyada 20 hava əməliyyatı həyata keçirildiyini bildirib.
"Suriyada yeni idarəçilik var, onlara hörmətlə yanaşmalıyıq. Ora indi bizim meydan deyil. O insanlar bir sistem qurmağa çalışırlar", - deyə nazir bildirib.
Ədliyyə naziri isə terrorsuz Türkiyə üçün böyük səy göstərildiyini deyib.
"40 ildən bəri ölkəmizin, millətimizin asayiş və təhlükəsizliyini təhdid edən, inkişafının qarşısında əngəl olan PKK terror təşkilatının tamamilə ləğv edilməsi və terrorsuz bir Türkiyə, daxili cəbhənin, milli birliyin, qardaşlığımızın qüvvətləndirilərək ölkəmizin "Türkiyə əsri"ndə daha güclü olması üçün böyük səy göstərilir".
Ətraflı süjetdə: