Bolu ilə Şəkini birləşdirən Göynük - FOTO
Türkiyənin hər daşı bir tarixdir. Qədimliyi və mədəniyyət ənənələri ilə tanınan Türkiyədə memarlıq abidələrinin zənginliyi ilə seçilən bir bölgə var. Bura Boludur. Əslində Bolunun bütün ərazisi tarixi abidələrlə zəngin olsa da, turistlərin daha çox axın etdiyi məkan Göynükdür. Göynük 2017-ci ildə “Yavaş Şəhər – Cittaslow” elan edilib.
Göynükün tarixi olduqca qədimdir. Tarixçilər qeyd edir ki, Roma Hərbi Yolu indiki Göynükdən, “Dədəstan” adı ilə məşhur olan ərazidən keçib. Göynükün məlum olan ən qədim adı “Koinon Gallicanon”dur. Bu qədim ərazi türk bəyliklərinin, Bizans, Roma və Osmanlı sivilizasiyalarının məskunlaşdığı ərazidədir. Susuz, Kilciler, Narzanlar, Boyacılar kəndlərində və bu kəndlərin ətrafında Bizans dövrünə aid yazılı əsərlər tapılıb. Kilcilər kəndində kilsə xarabalıqları da var. Şəhərdə bu günə qədər gəlib çatmış tarixi əsərlər və tikililər mövcuddur.
Göynük həm də qədimdən bir tayfanın yaşadığı bir ərazidir. Göynük kəndi Azərbaycanda da var. Şəkinin Göynük kəndi ilə Türkiyədəki göynüklüləri birləşdirəm həm də danışıq şivələrinin müəyyən qədər oxşarlığıdır. Oxşar olan əslində danışıq şivəsi deyil. Demək olar ki, bu iki Göynükün bütün adət ənənələri və mətbəxi müəyyən mənada eynilik təşkil edir. Göynükdə olmaqla siz tarixə səyahət edə, bugünkü irs binalarını, türbə və məscidləri, mülki memarlıq nümunələrini ziyarət edə bilərsiniz.
Göynükün ən gəzməli və görməli yerlərini sizə təqdim edirik.
1. Qələbə Qülləsi
2. Qazi Süleyman Paşa məscidi
3. Qazi Süleyman Paşa hamamı
4. Həzrəti Akşemsəddin türbəsi