Bir sutkada 11 nəfər saxta içkidən ölüb
16
10:02 - 15 Yanvar 2025
İstanbulda son 24 saatda saxta spirtli içkidən ölənlərin sayı rekord həddə çatıb.
TNS yerli mətbuata istinadən xəbər verir ki, Bakırköy rayonunda spirtli içki qəbul edən 1 nəfərin halı pisləşib. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Başakşehir rayonunda isə 3 Türkmənistan vətəndaşı saxta içkidən ölüb.
Ümumilikdə, bir gündə şəhərin müxtəlif yerlərində içkidən zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılan 11 nəfərin həyatını xilas etmək mümkün olmayıb.