Close

Tarixin sirlərini yaşadan şəhər

Şərqin hələ kəşf etmədiyimiz çox şəhəri var. Dünya hələ də ilk sivilizasiyanın yarandığı bu yerlərdən məlumatsızdır. Bəlkə də dünyanın axtardığı cənnət elə yerin üstündədir.

Şərqin daha bir cənnəti sözsüz ki, Türkiyədəki Halfetidir. İndiyədək kəşf edilməmiş olan şəhər özünəməxsus gözəlliyə və uzun tarixə malikdir. Rəvayətə görə, Halfeti dünyada qara qızılgüllərin bitdiyi yeganə yerdir – bu qızılgülləri yerli sakinlər “Ağlayan ərəb qızı” kimi tanıyırlar. Güllər yaz və payızda çiçək açır.

Halfeti bu gün iki hissəyə bölünür: köhnə və yeni şəhər. Ferma evləri, məscidlər və s. Binaların yerləşdiyi köhnə şəhər 2000-ci ildə Fərat çayı üzərindəki Birecik bəndinin tamamlanması ilə sular altında qaldı. Halfeti sakinləri təqribən 15 km aralıda yerləşən Yeni Halfeti adlanan şəhərciyi tikib, ora köçməyə məcbur olublar. Su basan qəsəbə Köhnə Halfeti kimi tanınır.

Şəhərin tarixi eramızdan əvvəl 855-ci ilə, Assuriya kralı II Şalmaneserin qəsəbənin əsasını ilk dəfə qoyduğu vaxta gedib çıxır. Roma dövründə Akamai adı ilə yaşayış məntəqəsi kimi inkişaf edib, sonralar həmin yer “Romaion Koula” (Roma qalası) terminindən “Koyla” adını alıb.

Roma dövründən sonra bu bölgədə çoxlu sivilizasiya, o cümlədən eramızın 6-cı və 8-ci əsrləri arasında bölgəni idarə edən Sasanilər, Ərəblər, Əməvilər və Abbasilər hökmranlıq edib.

XI əsrdə Səlcuqlular Halfeti ələ keçirdilər, XVI əsrdə isə Osmanlı İmperiyasının tərkibinə daxil oldular.

2000-ci illərdə Birecik bəndinin tikintisi ilə sular altında qalan və hazırda köhnə və yeniyə bölünən Halfeti turizmin sevimli yerlərindən biridir. Fərat çayı sahillərində qurulan restoranlar, kafelər, sosial obyektlər və qayıqlar…

Yerli əhali dolanışığının çox hissəsini turizmdən qazanmağa başlayıb. Bölgədə qayıq turları çox populyardır. Savaşan körfəzindəki yarı batmış minarə ən diqqətçəkən yerlərdən biridir.

Gəmi gəzintisi zamanı gələnləri başqa bir gözəllik - Rumkale qarşılayır. İncilin 12 həvari tərəfindən yazıldığını və buna görə də birdən çox İncil olduğunu düşünənlər həvarilərdən biri olan Yəhyanın məzarının Rumkaledə olduğuna və burada öz İncilini yazdığına inanırlar. Sıldırım qayaların üzərində tikilmiş Rumkale hələ də tikilişi və niyə orada olması ilə bağlı sirrini qoruyur.

Bu torpaqların əslində mühüm və unikal xüsusiyyəti var. Halfeti dünyada qara gızılgülün böyüdüyü yeganə yerdir. Bölgənin torpaq quruluşu və yerdən gələn suyun PH dəyəri sayəsində bənzərsiz olan “Mesopotamiya sümbülü” olaraq da tanınan “Ağlayan Ərəb qızı” yalnız yaz və payız aylarında çox az sayda çiçək açır.

Halfetiyə “Cittaslow” Beynəlxalq Komissiyası Komitəsi tərəfindən “yavaş şəhər” mənasını verən cittaslow titulu verilib. Gizli cənnət və itirilmiş şəhər olaraq getdikcə daha çox diqqət çəkən Halfeti Şanlıurfa ziyarətçilərinin mütləq görməli yerlərindən biridir.

13-2 13-3