Close

14:55
10 Yanvar 2025

Öcalan silahlı kürdlərə müraciət edəcək

Türkiyədə həbsdə olan Kürdüstan İşçi Partiyasının(PKK) lideri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir.

TNS xəbər verir ki, bu barədə "Türkiyə" nəşri məlumat yayıb.

Çağırışda A.Öcalanın PKK-çıları silahı yerə qoymağa və Türkiyə ilə uzun illər davam edən silahlı qarşıdurmaya son verməyə səsləyəcəyi gözlənilir.

Mənbə iddia edir ki, A.Öcalanın çağırışı İraqın şimalındakı və Suriyadakı PKK yaraqlılarına, həmçinin təşkilatın Avropadakı tərəfdarlarına ünvanlanacaq.