Hatayda güclü zəlzələ oldu
255
09:05 - 10 Yanvar 2025
Türkiyənin cənubundakı Hatay şəhərinin Yayladağı rayonunda 4 maqnitudalı zəlzələ olub.
TNS xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanların ocağı 13,3 km dərinlikdə yerləşib. Bildirilib ki, təbiət hadisəsi yerli vaxtla 07:08-də (Bakı vaxtı ilə 08:08) qeydə alınıb.
Tələfat və dağıntı barədə məlumat verilməyib.