Türkiyədən Suriyaya qayıdan qaçqınların sayı açıqlandı
Bəşşar Əsəd rejiminin devrilməsindən bu yana Türkiyədən 52 min 622 suriyalı öz ölkəsinə qayıdıb.
TNS-in xəbərinə görə, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazirin sözlərinə görə, Türkiyədə 2 milyon 880 min suriyalı var.
"Onların ləyaqətli və təhlükəsiz qayıdışı davam edir. Geri qayıdanlardan 41 mini ailə, qalanları isə tək gedən şəxslərdir”, - o əlavə edib.
Qeyd edək ki, Suriyada 61 illik Ərəb Sosialist Dirçəliş Partiyası (BƏƏS) 12 dekabr 2024-cü ildə süqut edib. Bundan sonra Türkiyədə yaşayan suriyalı qaçqınlar öz ölkələrinə qayıtmağa başlayıb.