Türkiyədə Kibertəhlükəsizlik İdarəsi yaradıldı
9
13:13 - 08 Yanvar 2025
Türkiyə Prezidenti Administrasiyası nəzdində Kibertəhlükəsizlik İdarəsi yaradılıb.
TNS xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan müvafiq Fərman imzalayıb.
Fərmana əsasən, idarə ölkədə kibertəhlükəsizliyin təmin edilməsi, bu yöndə fəaliyyət göstərən qurumlar arasında koordinasiyanın təşkili, eləcə də digər aidiyyəti məsələlər istiqamətdə fəaliyyət göstərəcək.